45 günlük müharibə dünyaya çox şeyləri sübut etdi. Ermənistana öz yerini göstərdi, Azərbaycanın isə öz gücünü özünə tanıtmış oldu. Bu prosesdə böyük dövlətlər də beynəlxalq hüququn şərtlərinə dayanaraq, Azərbaycana mane olmadılar.
Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib. Qeyd edib ki, hərbi əməliyyatlar başladılanda ölkəmizə çox böyük təziqlər oldu.
Bu təziqlərə baxmayaraq Azərbaycan hərbi kampaniyanı siyasi uğura çevirə bildi:
“Qardaş Türkiyə elə bir mövqe tutdu ki, işğalçı Ermənistanın yalanlarının üstü açıldı. Digər tərəfdən Azərbaycanla elə həmahəng çalışdı ki, regionda yeni geosiyasi vəziyyət yarandı”.
Tofiq Abbasov bildirib ki, indi Ermənistanın öz məğlubiyyəti ilə barışmaqdan başqa yolu qalmayıb. Ermənistanın daxilində vəziyyət çox gərgindir. Bu gərginlik tezliklə Ermənitsanın xeyrinə dəyişməyəcək.
Bütün işğalçı dövlətlərin aqibəti həmişə belə olur:
“Bu iflas təkcə Paşiniyanın məğlubiyyəti deyil, Ermənistanda bu günə kimi fəaliyyət göstərən, işğalçı siyastə dəstək verən qüvvələrin kollektiv məğlubiyyətidir”.
“Biz bu qələbəmizlə beynəlxalq hüququn tələblərinin həyata keçməsini də təmin etdik. Bilavasitə BMT-nin də vəzifəsini icra etmiş olduq”, deyə siyasi şərhçi qeyd edib.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:44 / 10.11.2020
“Artıq regionda yeni geosiyasi vəziyyət yarandı”- Tofiq Abbasov
Hazırda oxunan: “Artıq regionda yeni geosiyasi vəziyyət yarandı”- Tofiq Abbasov
Hazırda oxunan: “Artıq regionda yeni geosiyasi vəziyyət yarandı”- Tofiq Abbasov
2365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.