Şəhidin xatirə lövhəsi niyə sökülüb? - RƏSMİ AÇIQLAMA

Şəhidin xatirə lövhəsi niyə sökülüb? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şəhidin xatirə lövhəsi niyə sökülüb? - RƏSMİ AÇIQLAMA

236485

Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində şəhid Həsən Həsənovun xatirəsinə həsr olunmuş lövhənin sökülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, həmin məktəbdə tədris ili boyunca I və II Qarabağ müharibəsi şəhidinin adını daşıyan 7 sinif otağı təşkil edilib, həmçinin məktəbin həyətində şəhidlərin xatirəsinə bulaq inşa edilib.

“Şəhid Həsənov Həsənin qardaşı Nahid Həsənov tərəfindən sosial şəbəkədə yayılan görüntülərlə bağlı bildiririk ki, ümumi təhsil müəssisəsində şəhidin xatirəsinə həsr olunmuş lövhə məktəbin ibtidai sinfinin təlim-tədrisi üçün nəzərdə tutulan sinif otağına yerləşdirilib. Məktəbin sinif otaqlarının yeni avadanlıqlarla təchizi və yenidən təşkili prosesi həyata keçirildiyindən sözügedən sinif otağında tədrisə cəlb olunan ibtidai sinif digər otaqlardan birinə keçirilib.

Məktəb rəhbərliyi tərəfindən şəhidin ailəsinə lövhənin yenidən eyni sinif otağına və ya onların təklifinə uyğun digər bir sinif otağına yerləşdirilməsi təklif olunub. Bu prosesdə məktəb rəhbərliyi şəhidin xatirəsinə və ailə üzvlərinin təkliflərinə hörmətlə yanaşır, tərəflərin razılığı əsasında məsələnin həllini təmin etməyə çalışır”, - məlumatda deyilir.

Xatırladaq ki, Həsənov Həsən Zabit  oğlu 1995-ci  il mart ayının 8 -də Samux rayonu Bağbanlar kəndində anadan olub, orta təhsilini Samux rayon Bağbanlar kənd tam orta məktəbində alıb.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Həsənov Həsən Zabit oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu Çərəkdar kəndi  istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Həsənov Həsən Zabit oğlu Gəncə şəhər İmamzadə kompleksində dəfn edilib.  

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həsənov Həsən Zabit oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO