Azərbaycan Qran-prisində sıralama turu başladı

Azərbaycan Qran-prisində sıralama turu başladı

Hazırda oxunan: Azərbaycan Qran-prisində sıralama turu başladı

23644

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Bizim.Media xəbər verir ki, günün birinci yarısında "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq üçüncü sərbəst yürüşü ilk sırada bitirib.

İyunun 4-də "Red Bull" pilotu Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşdə lider olub.

Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO