İlon Maskın emojisi “Bitcoin”in qiymətini aşağı saldı

İlon Maskın emojisi “Bitcoin”in qiymətini aşağı saldı

Hazırda oxunan: İlon Maskın emojisi “Bitcoin”in qiymətini aşağı saldı

23584

Dünyada ən məşhur kriptovalyutası “Bitcoin”in qiyməti düşüb.

Bu İlon Maskın kriptovalyuta haqqında “Twitter” hesabında paylaşımından sonra baş verib. Belə ki, İ.Mask  səhifəsində “Bitcoin”lə yanaşı qırılmış ürək emojisi paylaşıb. Bundan sonra   kriptovalyutanın  qiyməti 1000 dollardan çox düşüb.

Mask eyni zamanda, Linkin Parkın “Sonda” mahnısından (In the end) bir qədər dəyişdirilmiş sitatı əlavə edib:

“Yəni sonda bunun heç bir əhəmiyyəti yoxdur?”

Bundan sonra kripto valyutası təxminən 38,5 min dollardan 37,3 minə düşüb. “Binance”da “Bitcoin” 5,5% ucuzlaşaraq 36.58 min dollar olub.

20-dən çox mübadilə üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalına görə, “Bitcoin” 5,1 %  nisbətində 36,74 min dollara qədər ucuzlaşıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO