Azərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşmələri ilə bağlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev bildirib ki, Cenevre konvensiyasına və beynəlxalq protokollara görə minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidir.
Onun sözlərinə görə, Ermənistan hökuməti bütün beynəlxalq sənədlərə, özlərinin imzaladğı kapitulasiya aktına zidd olan xəritələri hələ də Azərbaycana təqdim etməyib:
''Təqribən 13 kvadrat km ərazi minalarla çirklənmiş vəziyyətdədir. Minalanmış ərazilərin xəritələrinin olmaması bu cür hadisələrin tex-tez baş verməsinə səbəb olur. Bizim I Qarabağ müharibəsi dövründə də 2000 nəfərdən çox mina qurbanlarımız var idi. İndi bu rəqəm 3000-ə yaxınlaşır. Bu son hadisə də bu məsələnin beynəlxalq ictimamiyətdə daha çox qabardılmasına ehtiyac olduğunun sübutudur''.
Bildirilib ki, Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:01 / 04.06.2021
Mətbuat Şurasından minaya düşən jurnalistlərlə bağlı beynəlxalq media qurumlarına MÜRACİƏT
Hazırda oxunan: Mətbuat Şurasından minaya düşən jurnalistlərlə bağlı beynəlxalq media qurumlarına MÜRACİƏT
Hazırda oxunan: Mətbuat Şurasından minaya düşən jurnalistlərlə bağlı beynəlxalq media qurumlarına MÜRACİƏT
23522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.