ABŞ nümayəndə heyəti bazar günü Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
“Bu gün Milli Təhlükəsizlik müşaviri ilə ora gedirəm. Prezidentin tapşırığı ilə görüşlərimiz olacaq, ümid edirəm ki, Rusiya və Ukrayna kontekstində yaxşı irəliləyiş əldə edəcəyik", - Vittkoff Fox News-a verdiyi müsahibəsində deyib.
O, Səudiyyə Ərəbistanında Kiyevdən heç bir nümayəndənin olmayacağına baxmayaraq, Ukraynanın danışıqlarda iştirak etməməsi tezisi ilə razı olmadığını bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp ötən çərşənbə günü təxminən bir saat yarım davam edən telefon danışığı olub.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, liderlər Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi, eləcə də Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.
Bizim.Media
![ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına getdi ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına getdi](https://bizim.media/file/articles/2025/02/16/1739724395_ad3fa5dc-6573-3d25-a684-5210ddfd314b_850.jpg)
- A-
- A
- A+
Dünya
20:58 / 16.02.2025
ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına getdi
Hazırda oxunan: ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına getdi
Hazırda oxunan: ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına getdi
235054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.