2021-ci ilin 3 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat təqdim edib.
O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.
Nazir Ceyhun Bayramov, səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.
Görüş zamanı tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:42 / 03.06.2021
ÜST-ün nümayəndəsi Azərbaycanın bölgələrinə səfər edəcək
Hazırda oxunan: ÜST-ün nümayəndəsi Azərbaycanın bölgələrinə səfər edəcək
Hazırda oxunan: ÜST-ün nümayəndəsi Azərbaycanın bölgələrinə səfər edəcək
23371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.