Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib.
Bizim.Media-nın məlumatına görə, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatda qeyd olunur ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.
Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 03.06.2021
Bakıda qadını naqillə boğaraq öldürən şəxs tapıldı
Hazırda oxunan: Bakıda qadını naqillə boğaraq öldürən şəxs tapıldı
Hazırda oxunan: Bakıda qadını naqillə boğaraq öldürən şəxs tapıldı
23343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.