Xəbər verdiyimiz kimi ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərindən Missuriyə uçan “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, Amerika şəhərinin meri bildirib ki, Filadelfiyada təyyarə qəzası nəticəsində 7 nəfər, o cümlədən təyyarənin göyərtəsində olan altı nəfər və bir yerli sakin həlak olub.
Bildirilib ki, daha 19 nəfər yaralanıb.
Xatırladaq ki, bir neçə gün öncə “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb.
Amerika Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
Bizim.Media
![Filadelfiyadakı təyyarə qəzasında 14 nəfər ölüb - VİDEO Filadelfiyadakı təyyarə qəzasında 14 nəfər ölüb - VİDEO](https://bizim.media/file/articles/2025/02/01/1738434263_5255849328516394974.jpg)
- A-
- A
- A+
Dünya
22:21 / 01.02.2025
Filadelfiyadakı təyyarə qəzasında 14 nəfər ölüb - VİDEO
Hazırda oxunan: Filadelfiyadakı təyyarə qəzasında 14 nəfər ölüb - VİDEO
Hazırda oxunan: Filadelfiyadakı təyyarə qəzasında 14 nəfər ölüb - VİDEO
232819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.