Tbilisidə mitinqdə 30 nəfər yaralanıb

Tbilisidə mitinqdə 30 nəfər yaralanıb

Hazırda oxunan: Tbilisidə mitinqdə 30 nəfər yaralanıb

2326

Dünən Tbilisidə Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən mitinqdə 30 nəfər yaralanıb.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, polisin su şırnaqları və bibər qazından istifadə edərək MSK-ya gedən yolu bağlayan etirazçıları dağıdıb.

Aksiyada zərər çəkənlər arasında media nümayəndələri və polis əməkdaşlarının olduğu da bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında 14 polis, 10 etirazçı və 3 jurnalist olmaqla 20-dən çox yaralının olduğu qeyd olunur.

20-dən cox yaralı xəstəxanaya aparılıb. Zərər çəkmiş polislərdən ikisinin beyin sarsıntısı keçirdiyi, “TV Pirveli” telekanalının operatorunun isə təcili əməliyyata ehtiyacı olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO