Azərbaycanla Ermənistan rəsmiləri bu gün Moskvada görüşəcəklər - SON DƏQİQƏ

Azərbaycanla Ermənistan rəsmiləri bu gün Moskvada görüşəcəklər - SON DƏQİQƏ

Hazırda oxunan: Azərbaycanla Ermənistan rəsmiləri bu gün Moskvada görüşəcəklər - SON DƏQİQƏ

23213

Bu gün Rusiya paytaxtında Ermənistan və Azərbaycan nümayəndələri arasında sərhəd zonasında baş verən son hadisələr barədə danışıqların baş tutacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Telegram kanalının erməni seqmenti yayıb.

Mənbə bildirir ki, görüşdə erməni tərəfdən Ermənistan Baş Qərargahı rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər. 

Azərbaycanı isə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov təmsil edəcək.

Qarabağdakı sülhməramlı kontingentin komandiri Rüstəm Muradovun danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO