Jirinovskidən yeni təklif:

Jirinovskidən yeni təklif: "30 yaşınadək olanlara..."

Hazırda oxunan: Jirinovskidən yeni təklif: "30 yaşınadək olanlara..."

23125

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dövlət Dumasında çıxış edərək, uşaqlıq dövrünün 30 ilə qədər uzadılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya KİV-ləri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Jirinovski: “Partiyamız siyasi sahədə bakirədir”


Jirinovski qeyd edib ki, 30 yaşdan əvvəl insanlar heç bir şey anlamır.

"Gəlin 30 yaşınadək olanları uşaq adlandıraq. Onsuz da o yaş dövrünədək heç nə anlamırlar, çünki uşaqdırlar. Yaşlı nəsil 70 yaşdan yuxarı olanlardır. Orta nəsil isə qızıldır. Yoldaşlar, 35 yaşdan 40 yaşadək çalışın. Bütün ümidlər sizədir", deyə Jirinovski qeyd edib.

Hər il 1 iyun tarixində qeyd olunan Beynəlxalq Uşaq Günü 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qərarı ilə təsis edilib.

Bu əlamətdar gün yetkinlərin uşaqların fikir azadlığına, təhsilinə, şiddətdən qorunmasına və yaşamaq hüquqlarına riayət edilməsinə diqqətini cəlb etmək məqsədi ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO