Bakının bu yerlərində 4 tərəfli piyada keçidləri quruldu - AÇIQLAMA - FOTO

Bakının bu yerlərində 4 tərəfli piyada keçidləri quruldu - AÇIQLAMA - FOTO

Hazırda oxunan: Bakının bu yerlərində 4 tərəfli piyada keçidləri quruldu - AÇIQLAMA - FOTO

23028

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə svetoforlarla nizamlanan bir sıra yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, görülən işlər çərçivəsində daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.

Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb. Müvafiq yol nişanlanma xətləri çəkilib.

Qeyd olunub ki, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO