Molla Pənah Vaqif türbəsinin bərpasından SON GÖRÜNTÜLƏR - VİDEO

Molla Pənah Vaqif türbəsinin bərpasından SON GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Molla Pənah Vaqif türbəsinin bərpasından SON GÖRÜNTÜLƏR - VİDEO

23016

Şuşa şəhərində Molla Pənah Vaqif türbəsinin bərpası davam edir.

Bizim.Media-nın məlumatına görə, Heydər Əliyev Fondu türbədə aparılan bəpa işləri barədə videoçarx təqdim edib. 

Məlumat verilib ki, bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.  

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ekspert qrupu tərəfindən türbənin bərpa layihəsi işlənilib. Abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.

Molla Pənah Vaqif türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib. 

Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO