Yeni subsidiya qaydaları əkin sahələrini BOŞ QOYUB

Yeni subsidiya qaydaları əkin sahələrini BOŞ QOYUB

Hazırda oxunan: Yeni subsidiya qaydaları əkin sahələrini BOŞ QOYUB

22996

Azərbaycanda bu il buğda istehsalının artımı proqnozlaşdırılırdı, amma əkin sahələrinin acınacaqlı durumu bunun əksinin baş verəcəyini gözlənilən edib. Belə ki, sahələri alaq otlarının basması səbəbindən  kütləvi şəkildə istehsal azalıb.

Fermerlər bunun əsas səbəbinin toxumun keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Əksər fermerlər zəmilərinin 30 faizinin vələmirə çevrildiyini qeyd edirlər. 

Qeyd edək ki, Azərbaycanda taxıl istehsalının artımı, bu sahədə idxaldan asılılığın azaldılması strateji məsələdir. Buğda istehsalı dövlətin subsidiyaların ayırması ilə dəstəklədiyi sahələrdən biridir. 
 

MÖVZU İLƏ BAĞLI:

Göyçaylı fermerləri çökdürən GİZLİ ƏL kimdir? 


Aqrar Subsidiya Şurası tərəfindən buğda istehsalı üzrə fermerlərə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 200 manat, əkin sahələrinin 20 hektardan çox olan hissələrinə isə 160 manat əkin subsidiyası verilir. Bundan əlavə məhsul və toxuma görə də subsidiyalar ayrılır. 

Qaydalara görə, fermerlərə subsidiyaların yalnız 25 faizi nağd formada verilir, məbləğin 75 faizi isə nağdsız formada - toxum, gübrə və s. istehsal vasitələrinin alınması üçün xərclənə bilər.

Bölgələrdə nağdsız formada kənd təsərrüfatı məhsulları satan ticarət mərkəzlərinin sayı isə məhdud sayda olur. Onlar isə həm də kəndliyə qiyməti diqtə edə bilirlər.

Məsələn, digər satış məkanlarında 50 qəpiyə satılan buğda toxumu həmin mağazalarda 60-70 qəpiyə satılır. Ona görə də belə təəssürat yaranır ki, bu cür mağazalar da elə subsidiyaları ayıran qurumlar tərəfindən təsis edilir. 

Bu baxımdan ortaya keyfiyyətsiz məhsul çıxdığı zaman, bu həm də subsidiyaların verilmə qaydaları ilə əlaqələndirilir. Belə ki, fermerlər bildirirlər ki, məbləğ bütöv formada və nağd şəkildə onlara verilərsə, o daha effektiv formada xərclənmiş olar.

Belə ki, istehsalçılar toxumu, gübrələri yalnız nağdsız alış-satış imkanları olan mərkəzlərdən deyil, istənilən yerdən, həm də daha ucuz məbləğdə əldə edə bilərlər. Belə olduqda məsuliyyət də daha çox onların üzərinə düşmüş olacaq. Ümumilikdə ölkəyə gətirilən toxumların keyfiyyət məsələsi isə fərqli mövzunun araşdırma predmetidir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov isə Bizim.Media-ya açıqlamasında indiki durumda da məsuliyyətin fermerlərin üzərinə düşdüyünü bildirib: 
 

“Fermerlər toxum almaqda sərbəstdirlər. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq ilboyu maarifləndirmə işi aparırıq və fermerlərə tövsiyyə edirik ki, toxum aldıqları şəxsdən onun sertifikatını tələb etsinlər. Bununla məhsuldarlığı əvvəlcədən təmin etmiş olarlar. Toxumla bağlı şikayəti olan fermerlər onu aldıqları şirkətə və ya şəxsə müraciət etsinlər.


Toxum Sertifikatlaşma Mərkəzində həmin toxumdan nümunə verib, loboratoriyada analizi edərək, onun keyfiyyətli olub-olmamasını müəyyənləşdirə bilərlər”.

Bu cür problemlərin subsidiyalaşma ilə əlaqələndirilməsinə gəlincə isə KTN sözcüsü “Vətəndaşa subsidiya verilir ki, ona toxum, ting, gübrə alsın. Fermer həmin vəsaiti istehsal vəsaitləri üçün xərcləməkdə sərbəstdir”- deyə cavablandırıb.

Xatirə Nəsirli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO