Paşinyanın “Müharibədə məğlub olduğumuz üçün fəxr edirəm” fikrinə SƏRT REAKSİYA - VİDEO

Paşinyanın “Müharibədə məğlub olduğumuz üçün fəxr edirəm” fikrinə SƏRT REAKSİYA - VİDEO

Hazırda oxunan: Paşinyanın “Müharibədə məğlub olduğumuz üçün fəxr edirəm” fikrinə SƏRT REAKSİYA - VİDEO

22978

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkilərlə bağlı çıxışında Ermənistanın 2-ci Qarabağ müharibəsi zamanı məğlubiyyətə uğramasına haqq qazandırıb və “Məğlub olduğumuz üçün fəxr edirəm” sözlərini deyib. Bu isə erməni cəmiyyətində ciddi narazılıqlar yaradıb. 

Bizim.Media xəbər verir ki, "Mənim şərəfim var" blokunun parlamentə namizədləri siyahısında yer alan "Enaket" analitik mərkəzinin rəhbəri Tigran Abrahamyan da özünün Facebook səhifəsində Paşinyanın fikirlərinə kəskin reaksiya verib.

Onun fikrincə, Paşinyan əslində bununla etirafını bildirib:

“Bu ifadə Paşinyanın həm siyasi, həm hüquqi, həm də mənəvi cəhətdən vəzifədə olmasının son səhifəsi olmalıdır. Hesab edirəm ki, ictimaiyyətin bütün təbəqələri Nikol Paşinyanın əsl missiyası və imici ilə yanaşı müharibədəki məğlubiyyətimizin səbəbləri barədə də açıq məlumat aldılar. O, təkrar seçilməməli, ölkənin ictimai və siyasi həyatında iştirak etmək üçün heç bir fürsəti olmamalıdır”.

Namizədə görə, Ermənistan və Qarabağ ümidsiz görünən bu vəziyyətdə belə sonrakı dirçəliş fürsətinə sahibdirlər:

“Bunun üçün Paşinyan ölkə həyatından tamamilə silinməlidir”.

Xatırladaq ki, Nikol Paşinyan o fikirləri Lori vilayətində Spitak şəhər sakinləri ilə görüşdə səsləndirib:

“Fəxr edirəm. Bəli, məğlub olduq və bu məğlubiyyətin məsuliyyəti bizim üzərimizdədir, eyni zamanda sizin gözlərinizə baxmaq hüququmuzu qoruduq. Əgər biz xainiksə, onda bütün bu insanlar dediklərimizi eşitmək üçün bura nəyə gəlib? Bütün bu insanları nə vadar edir? Bura pul üçün gəliblər? Məcburən, yoxsa təhdidlərdən sonra polis onları bura gətirib?”.

O, jurnalistləri toplaşan insanlara suallar verməyə çağırıb və əminliklə bildirib ki, bunların hər biri ekspertlərin xəyalına belə gətirə bilməyəcəyi siyasi analiz verə bilər:

“Bu insanlar buradadırlar və xain olub-olmadığımızı anlamaq üçün gözlərimizə baxıb hər şeyi başa düşürlər. Bəli, fəxr edirəm. Əlbəttə ki, məğlub olduq və bu məğlubiyyətə görə məsuliyyət daşıyırıq, ancaq insanların gözünə baxmaq hüququnu qoruduq. Gözlərimizi insanlardan gizlətməyə heç bir səbəbimiz yoxdur”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO