Rusiyada 21 ildir fəaliyyət göstərən newsru.com informasiya portalı iqtisadi səbəblərdən bağlandığını elan edib.
Bizim.Media xəbər verir ki, bu haqda redaksiya heyəti açıqlama yayıb. Bildirilib ki, son vaxtlar portalda ən azı 3 milyon insan xəbər oxuyub.
Portal xatırladıb ki, əvvəlcə onlar NTV.ru-nu təmsil ediblər. Portal yarandığı gündən indiyədək bir çox əməkdaş bu qurumda çalışıb.
Jurnalistlər qeyd edirlər ki, bağlanmağın əsas səbəbi siyasətlə əlaqəlidir. Onların açıqlamalarına görə, 2014-cü ildən sonra yalnız coğrafiya və xarici siyasət deyil, daxili iqtisadiyyat da köklü şəkildə dəyişib.
Xüsusilə, bütün böyük reklamverənlər nəşrlə əməkdaşlığı dayandırıblar, çünki medianın məlumat gündəmi digər məlumat mənbələrinin verdiklərindən fərqli olub.
Xatırladaq ki, portal NTV kanalının keçmiş sahibi Vladimir Qusinski tərəfindən maliyyələşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:24 / 31.05.2021
Rusiyada tanınmış informasiya portalı BAĞLANDI – SƏBƏB
Hazırda oxunan: Rusiyada tanınmış informasiya portalı BAĞLANDI – SƏBƏB
Hazırda oxunan: Rusiyada tanınmış informasiya portalı BAĞLANDI – SƏBƏB
22970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.