Paşinyan parlament seçkiləri ərəfəsində rəqiblərinə DEBAT elan etdi

Paşinyan parlament seçkiləri ərəfəsində rəqiblərinə DEBAT elan etdi

Hazırda oxunan: Paşinyan parlament seçkiləri ərəfəsində rəqiblərinə DEBAT elan etdi

22914

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan 18 iyun parlament seçkiləri ərəfəsində ölkədə siyasi qüvvələrin mübahisələrinin baş verəcəyini bildirib. 

Bizim.Media xəbər verir ki, Paşinyan həmçinin bütün partiyalar arasında  müzakirələr təşkil olunacağını da istisna etməyib:

“Ümid edirəm ki, həm Levon Ter-Petrosyan, həm də Robert Köçəryan seçkilərə gələcək və xalqın qarşısında hər şey barədə danışacağıq”.

Bundan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlament seçkilərində iştirakla bağlı namizədliyini Erməni Milli Konqresi (ANC) partiyasından irəli sürəcəyini açıqlamışdı. 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Daşnaksütyun və Dirçəliş Ermənistan partiyalarının nümayəndələri İşxan Saqatelyan, eləcə də Vaqe Akopyan da erkən parlament seçkilərində iştirak etmək üçün  blok yaradılması barədə memorandum imzalamışdılar. 

Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO