“Belə bir şəhərdə yaşamaq hər kəsin arzusudur” - DEPUTAT

“Belə bir şəhərdə yaşamaq hər kəsin arzusudur” - DEPUTAT

Hazırda oxunan: “Belə bir şəhərdə yaşamaq hər kəsin arzusudur” - DEPUTAT

22898

"Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər biri tarixi hadisədir". 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev “Facebook” hesabında qeyd edib.

Deputatın sözlərinə görə belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzusudur: 

"Səfər çərçivəsində Ağdam şəhərinin, açıq və qapalı Zəfər muzeylərinin, məşhur 1 nömrəli məktəbin, sənaye parkının, əsası qoyuldu. Ağdam şəhərinin yeni baş planı, nəzərdə tutulan parkların, stadionun, atçılıq mərkəzinin, şəhər kənarı meşəliklərin, aqrokomplekslərin, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sisteminin, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin təqdimatı baş tutdu. İşğaldan azad olunmuş şəhər və rayonların ən yüksək dünya standartlarına uyğun bərpa olunacağına heç kim şübhə etmirdi. Bu barədə Prezident əvvəlki çıxışlarında toxunmuşdu. Ancaq etiraf edək ki, təqdim olunan layihələr fantastikdir. Hər hansı mübaliğədən kənar,  bütün aspektlərinə görə zamanı qabaqlayan layihələrdir. İnsanın ən yüksək tələblərə cavab verən komfort yaşayışını təmin etmək üçün bütün incəliklər nəzərə alınıb".

Qələbə epopeyasının davam etdiyini vurğulayan Nəsib Məhəməliyev yaxın zamanlarda daha çox yeniliklərlə təəccüblənəcəyimizə şübhə olmayacağını bildirib:

"Belə bir estetikanı görən mənfur qonşularımızın keçirdikləri hissləri, düşüncələri təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, Ağdamdakı görüşləri televiziya vasitəsilə izləyən hər kəs  xüsusi zövq aldı. Prezidentin Ağdam şəhərini, inzibati rayonunu, su resurslarını dərindən bilməsi hər kəsi təəccübləndirməklə yanaşı, həm də onun bu sahədə yüksək peşəkarlığının göstəricisidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO