Qaxa elektrik enerjisinin verilişi bərpa edildi

Qaxa elektrik enerjisinin verilişi bərpa edildi

Hazırda oxunan: Qaxa elektrik enerjisinin verilişi bərpa edildi

228857

Qax rayonuna elektrik enerjisinin verilişi bərpa edilib.

 

Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dan bildirilib.

 

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti nəticəsində Qaxa elektrik enerjisinin verilişində yaranan kəsinti tamamilə aradan qaldırılıb:

 

“Hadisə zamanı rayonun yalnız 1 küçəsində elektrik enrjisi verilişində fasilə olub. Qəzadan dərhal sonra qəza-bərpa xidməti əraziyə gedib və qısa zamanda elektrik enrjisi təchizatı bərpa edilib. Qeyd edək ki, ümumilikdə həmin ərazidə 1 saatdan az müddətdə elektrik kəsintisi olub”.

 

Məlumata görə, hazırda həm həmin ərazidə, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO