Xarici blogerlər Gəncədə - FOTOLAR

Xarici blogerlər Gəncədə - FOTOLAR

Hazırda oxunan: Xarici blogerlər Gəncədə - FOTOLAR

22840

Azərbaycanda səfərdə olan bir qrup xarici bloger Gəncə şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsi çərçivəsində baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

İƏT nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış oldu - FOTO


Belə ki, 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni Gəncə şəhərinə gəlib.

Onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərini raket atəşinə tutaraq törətdiyi cinayətlərlə tanış olmaq üçün dinc sakinlərin həlak olduğu və dağıntıların qeydə alındığı ərazidə olublar.

Qonaqlar burada öz həyatlarını itirmiş şəxslərin ruhuna ehtiram əlaməti olaraq güllər düzüblər. Onlara hadisə ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, xarici blogerlər daha sonra Nizami Gəncəvi məqbərəsini və İmamzadə kompleksini ziyarət edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO