Ronaldo gələcək karyerası BARƏDƏ

Ronaldo gələcək karyerası BARƏDƏ

Hazırda oxunan: Ronaldo gələcək karyerası BARƏDƏ

228381

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, 39 yaşlı forvard Səudiyyə Ərəbistanında özünü yaxşı hiss etdiyini deyib:

“Ailəm və mən Səudiyyə Ərəbistanında xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başladıq.

Həyat, futbol gözəldir. Ən əsası isə peşəkar olmaq, çox çalışmaq, kluba hörmət etmək, müqaviləyə riayət etmək, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə və "Əl-Nəsr"in daha çox titul qazanmağa çalışacağına inanmaqdır.

Klub üçün Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Amma ən əsası işləməyə davam etmək və peşəkar olmaqdır... İnanıram ki, bu il klub üçün yaxşı olacaq”.

Qeyd edək ki, Ronaldonun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO