“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Bizim.Media xəbər verir ki, bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev yanvarın 1-i günorta saatlarında koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına çatdırılıb.
Dünən isə xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumat yayılıb.
Bizim.Media