Teleaparıcı İlham Mirzəyev dünən vəfat edən əməkdar artist Zöhrə Abdullayevanın dəfnində iştirak etməyən sənət dostlarını tənqid edib.
Bizim.Media xəbər verir ki, İ.Mirzəyev bu barədə İnstagram səhifəsində paylaşım edib.
“Ömrünü incəsənətə, mədəniyyətə həsr edən bir insanı səssiz-sədasız biri kimi yerdən götürdülər və dəfn etdilər."
MÖVZU İLƏ BAĞLI:
Zöhrə Abdullayevanın ölümündən öncəki görüntüləri hər kəsi kövrəltdi - VİDEO
"Bəs, illərlə çiyin-çiyinə çalışdığı, eyni səhnəni paylaşdığı mədəniyyət işçiləri niyə yox idilər?”,- deyə o, şikayət edib.
Teleaparıcı mərhum sənətkarın həmkarlarının onun ölümü haqqında ancaq sosial şəbəkələrdə paylaşım etməklə kifayətləndiklərini də qeyd edib.
“İçi mən qarışıq hamı “İnstagram”da paylaşım etdik və bitdi. Nə isə... Sözün tükəndiyi andır. Allah rəhmət etsin, mənim yol yoldaşım, dəyərli sənətkar”.
Qeyd edək ki, 68 yaşlı əməkdar artist Zöhrə Abdullayeva mayın 28-də uzun sürən ağır xəstəlikdən vəfat edib.
Bizim.Media