Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başladı - FOTOLAR

Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başladı - FOTOLAR

Hazırda oxunan: Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başladı - FOTOLAR

22793

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə Bizim.Media-ya DSX-dən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
 

MÖVZU İLƏ BAĞLI:

DSX polkovnikindən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA


Azərbaycan tarixinin ən böyük sərkərdəsi olan Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik bacarığı, böyük Vətən sevgisi, xalqımızın bir yumruq kimi onun ətrafında birləşməsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulanıb, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçilərimizi qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildirilib.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Suqovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qələbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.
 

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzibati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.


Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib və xatirə foto­şəkilləri çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO