Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Cəmali Məmmədxanov bu gün dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-a mərhumun keçmiş iş yoldaşı, sabiq təhsil naziri Misir Mərdanov məlumat verib.
Onunla vida mərasiminin Təzəpir məscidində olacaq.
Qeyd edək ki, Cəmali Məmmədxanov mərhum deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun rəhbəri olmuş Anar Məmmədxanovun atasıdır.
Camal İslam oğlu Məmmədxanov 1938-ci il dekabrın 25-də Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 1946-1956-ci illərdə Bakı şəhər 46 saylı оrta məktəbdə oxuyub.
1956-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö¬bə¬sin¬də təh¬sil alıb.
1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.
O, 1964-cü ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru adını alıb.
1976-cı ildən BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1985-cı ildən isə professor vəzifəsində çalışıb.
2014-cü ildən BDU-nun məsləhətçi professoru olan Camali Məmmədxanov 100-ə yaxın elmi məqalənin müəllifi idi. Onun rəhbərliyi ilə 13 elmlər namizədi, 3 elmlər doktoru yetişib.
Professorun oğlu Anar Məmmədxanov birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisin deputatı olub. O, 2011-ci il aprelin 23-də ürəktutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:20 / 31.12.2024
Anar Məmmədxanovun atası VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Anar Məmmədxanovun atası VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Anar Məmmədxanovun atası VƏFAT ETDİ - FOTO
227909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.