Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdi

Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdi

Hazırda oxunan: Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdi

22789

Mayın 28-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürüb.

Bizim.Media xəbər verir ki, dünən gecə şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gəliblər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbova bu gün heç-heçə də kifayət edəcək


Digər yarımfinal oyununda isə Rusiya təmsilçisi Yan Nepomnyaşi ABŞ şahmatçısı Uesli Soya məğlub olub.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO