Mərhum pilot İqor Kşnyakinin evinin önü güllərlə bəzədildi – VİDEO

Mərhum pilot İqor Kşnyakinin evinin önü güllərlə bəzədildi – VİDEO

Hazırda oxunan: Mərhum pilot İqor Kşnyakinin evinin önü güllərlə bəzədildi – VİDEO

227262

Vətəndaşlar mərhum kapitan İqor Kşnyakinin xatirəsini yad etmək üçün evinin önünü güllərlə bəzəyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə video teleqram kanallarında yayılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Həyatını itirənlərdən üçü – İqor Kşnyakin (pilot), Aleksand Kalyaninov (pilot), Hökumə Əliyeva (bələdçi) ekipaj üzvləridir.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO