Aram Qabrelyanov: “Paşinyan isterikaya düşüb”

Aram Qabrelyanov: “Paşinyan isterikaya düşüb”

Hazırda oxunan: Aram Qabrelyanov: “Paşinyan isterikaya düşüb”

22711

Rusiyalı jurnalist və naşir, milliyyətcə erməni olan Aram Qabrelyanov Telegram kanalında Ermənistanın hazırkı durumu haqda, xüsusilə Paşinyan barədə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, onun yazdıqları “panorama.am” saytında yer alıb.

“Ayvazyanın müavinlərinə və bütün səfirlərə qəzəbli bir təzyiq başladı. Təhdidlər yalnız işçilərə deyil, həm də ailə üzvlərinə qarşı edilir. Paşinyanın ayaqları altında torpaq yanır və o, hər alçaqlığa hazırdır. Nikolun ətrafındakı mənbələrə görə, Paşinyan isterikaya düşərək bütün təhlükəsizlik qüvvələrindən Xarici İşlər Nazirliyinin işçilərinə qarşı təzyiq tələb edir!”.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan Xarici İşlər Naziri vəzifəsini icra edən Ara Ayvazyanın istefası elan edildikdən sonra Aram Qabrelyanov Ayvazyanın bütün müavinlərinin istefa etdiklərini söyləmişdi.

“Yalnız bir açıqlama var: Xarici İşlər Nazirliyinin əməkdaşları Qarabağın statusu həll olunana qədər sərhədlərin müəyyənləşdirilməsinin kəskin şəkildə əleyhinədirlər. Xarici İşlər Nazirliyində deyirlər ki, Paşinyan satqın müqaviləyə imza atarsa, Qarabağ unudulacaq”, deyə o yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO