MN hərbi maşının minaya düşdüyünü təsdiqlədi - FOTO

MN hərbi maşının minaya düşdüyünü təsdiqlədi - FOTO

Hazırda oxunan: MN hərbi maşının minaya düşdüyünü təsdiqlədi - FOTO

22635

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə hərbi maşınımız minaya düşdü, yaralılar var - FOTOLAR


O, hərbi avtomobilin minaya düşməsi faktını təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.

Bu barədə rəsmi orqanlar da hər hansı məlumat açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO