Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür

Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür

Hazırda oxunan: Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür

226232

Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş İran İslam Respublikasının vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omanda müəyyən edilərək həbsə alınmışdır.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO