Uşaqların sakitliyi hansı təhlükədən xəbər verir? – Psixoloq açıqladı

Uşaqların sakitliyi hansı təhlükədən xəbər verir? – Psixoloq açıqladı

Hazırda oxunan: Uşaqların sakitliyi hansı təhlükədən xəbər verir? – Psixoloq açıqladı

22587

“Valideynlər "ağıllı, sakit" uşaqlardan xoşlanır. Səssiz-sədasız, varlığı-yoxluğu bir kimi olan uşaqlar cəmiyyət içərisində də "nə qədər ağıllı, sakitdir" deyilərək təqdir edilir. Halbuki uşaqların səssizliyi, təbiətə tərsdir”.

Bizim.Media xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı sosial şəbəkə hesabında əslində bu kimi halların təhlükədən xəbər verdiyini bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

“Valideynlər uşaqlarını necə qatilə çevirir?” - FAKTLAR


“Uşaqlıq illəri uşağın qaçdığı, coşduğu, maraqla sağa-sola yönəldiyi illərdir. Uşaq bütün bunları buraxıb səssizləşibsə, bu çox vaxt təqdir ediləcək bir uşaq halı deyil, diqqət ediləcək bir vəziyyətdir.

Uşaq emosional ehtiyaclarını ana-atasından almadığına inanananda “öz qabığına” çəkilir, öz içində yaşamağa başlayır. Belə uşaqlar ətrafdan nə qədər səssiz, sakit görünsələr də, iç dünyalarında təkliyi yaşayan uşaqlardır. Uşaqlıq çağlarındakı səssizlik, çox vaxt üzərində düşünülməsi tələb olunan bir vəziyyətdir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO