Xədicə İsmayıl rəsmən AZADLIĞA ÇIXDI

Xədicə İsmayıl rəsmən AZADLIĞA ÇIXDI

Hazırda oxunan: Xədicə İsmayıl rəsmən AZADLIĞA ÇIXDI

22584

Tanınmış jurnalist Xədicə İsmayılın cəza müddəti başa çatıb.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı rəsmi sənədin fotosunu feysbuk hesabında paylaşıb:

Sənəddə qeyd edilib ki, məhkum İsmayılova Xədicə Rövşən qızı cəza müddəti  başa çatdığından 25.05.2021-ci il tarixində Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılır.

Jurnalist isə azadlığa çıxmasını belə qiymətləndirib:  

“45-ci ad günü. iki gün gecikmə ilə sənədimi aldım. Probasiya şöbəsi məndən, mən də onlardan azadam. Azadlıq münasibətilə yaşımla barışıram”.

Xatırladaq ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi. 2016 -cı il mayın 25-də isə  Ali Məhkəmə cəzanın 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarmışdı.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO