AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyinatı olub. İnstitutun yeni baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev kollektivə təqdim olunub.
Bizim.Media-nın xəbərinə görə, tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi şurasının üzvləri iştirak ediblər.
Qeyd edək ki, İslam Mustafayev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda işləməyə başlayıb.
O, 1992-ci ildən Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. O, Avropa İttifaqı, NATO, Dünya Bankı, BMT və digər beynəlxalq təşkilatların 50-dən çox beynəlxalq layihəsinin rəhbəri və eksperti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 27.05.2021
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Hazırda oxunan: Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Hazırda oxunan: Ramiz Mehdiyevdən yeni TƏYİNAT
22546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.