Üzərinə ağac düşən 35 yaşlı Oğuz sakini Elvin Cəfərovun ölümü ilə bağlı təfərrüatlar bəlli olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Elvin Cəfərov ağacı kəsəndən sonra onu aşırmaq istəyib. Lakin ehtiyatsızlıq etdiyindən bu, onun həyatı bahasına başa gəlib.
Qeyd edək ki, Bədbəxt hadisə Xalxal kəndinin yaxınlığında, "Zumanlı" dərəsi deyilən ərazidə baş verib. Kənd sakini 35 yaşlı Elvin Cəfərov dağlıq ərazidə qış ehtiyatı üçün odun kəsərkən ağac onun üzərinə düşüb. Nəticədə, o həyatını itirib.
Onun meyiti kənd sakinləri və hüquq- mühafizə orqanları əməkdaşlarının köməyi ilə dağdan düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:32 / 10.12.2024
Oğuzda meşədə həyatını itirən şəxsin ölümü ilə bağlı YENİ DETALLAR – VİDEO
Hazırda oxunan: Oğuzda meşədə həyatını itirən şəxsin ölümü ilə bağlı YENİ DETALLAR – VİDEO
Hazırda oxunan: Oğuzda meşədə həyatını itirən şəxsin ölümü ilə bağlı YENİ DETALLAR – VİDEO
224623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.