İnsulin iynələri ilə bağlı QƏRAR

İnsulin iynələri ilə bağlı QƏRAR

Hazırda oxunan: İnsulin iynələri ilə bağlı QƏRAR

224056

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkər xəstələrinə daha bir PROBLEM - Qanda qlükozanı ölçən test çubuqları niyə yoxa ÇIXIB?



Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb.

Belə ki, 2029-cu il dekabrın 31-nə qədər insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün - 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün - 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.


Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO