Daxili Işlər Nazirliyindən vətəndaşlara Xəbərdarlıq 

Daxili Işlər Nazirliyindən vətəndaşlara Xəbərdarlıq 

Hazırda oxunan: Daxili Işlər Nazirliyindən vətəndaşlara Xəbərdarlıq 

2234

Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların, guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.

Bizim.Media DIN-in verdiyi məlumata istinad edərək internet istifadəçilərinin nəzərinə çatdırır ki, bu ermənilərin növbəti təxribat xarakterli iddialarıdır.

"DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb. Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük".

"O ki, qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır." 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO