Tramp FTB rəhbəri vəzifəsinə Keş Pateli irəli sürdü

Tramp FTB rəhbəri vəzifəsinə Keş Pateli irəli sürdü

Hazırda oxunan: Tramp FTB rəhbəri vəzifəsinə Keş Pateli irəli sürdü

223159

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şənbə günü ilk administrasiyası dövründə Pentaqonda işləmiş Keş Pateli Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik vəzifəsinə namizədliyini irəli sürüb.

Bizim.Media xəbər verir ki,  bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş əla hüquqşünas, müstəntiq və xidməti boyu korrupsiyaya qarşı mübarizə aparan, ədaləti və Amerika xalqını müdafiə edən “Birinci növbədə Amerika” ideyasının müdafiəçisidir", - deyə o bildirib.

Seçilmiş prezident bildirib ki, K.Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə “kritik rol oynayıb”.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO