Həcc ziyarətinə icazə verildi - YENİ QAYDALAR

Həcc ziyarətinə icazə verildi - YENİ QAYDALAR

Hazırda oxunan: Həcc ziyarətinə icazə verildi - YENİ QAYDALAR

22211

Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi xaricdən zəvvarların Həcc ziyarətinə gəlməsinə icazə verib.

Məlumata görə, pandemiyaya görə əvvəlki illərlə müqayisədə kvota azaldılıb. Belə ki, iyul ayında baş tutacaq Həcc ziyarətində 60 min zəvvar (45 min ölkə xaricindən, 15 min isə Səudiyyə Ərəbistanından) iştirak edə biləcək.

Səudiyyə Ərəbistanı Həcc ziyarətində iştirak edəcək zəvvarlar üçün müəyyən edilən qaydaları da açıqlayıb.

Əsas qaydalar aşağıdakılardır:

– Zəvvarlar 18-60 yaş arasında olmalıdır;

– Zəvvarlar son altı ayda hər hansı xəstəliyə görə xəstəxanada yatmamalıdır;

– Zəvvarlara peyvəndin hər iki dozası vurulmalıdır;

– Həmin peyvənd Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır;

– Peyvəndin ikinci dozası Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl vurulmalıdır;

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO