Qarabağda həbs edilən erməni cinayətkarları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Bizim.Media-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək proses iyunun 2-nə təyin edilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Qeyd edək ki, Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç əsir götürülən Azərbaycan vətəndaşlarına ağır işgənclər veriblər
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:18 / 24.05.2021
Azərbaycanlı əsirlərə işgəncə verən 2 erməni hakim qarşısına çıxarılır
Hazırda oxunan: Azərbaycanlı əsirlərə işgəncə verən 2 erməni hakim qarşısına çıxarılır
Hazırda oxunan: Azərbaycanlı əsirlərə işgəncə verən 2 erməni hakim qarşısına çıxarılır
22180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.