Merkel: “İsrail ilə bağlı “qırmızı xətti” keçməyin” 

Merkel: “İsrail ilə bağlı “qırmızı xətti” keçməyin” 

Hazırda oxunan: Merkel: “İsrail ilə bağlı “qırmızı xətti” keçməyin” 

22142

Yaxın Şərqdəki hadisələrə münasibət bildirmək üçün şənbə günü bütün Almaniyada nümayişçilər küçələrə çıxıb.

Bizim.Media xəbər verir ki, 2 min nəfərin iştirak etdiyi ən genişmiqyaslı aksiyalar paytaxtın mərkəzində və Frankfurtda keçirilib.

Drezdendə günortadan sonraya planlaşdırılan digər böyük üçüncü nümayiş isə polisə təqdim olunan ekstremist şüarlar səbəbindən son anda qadağan edilib.

Ölkə kansleri Angela Merkel vətəndaşları antiisrail xarakterli transparantlarla “qırmızı xətti” keçməmələri barədə xəbərdarlıq edib.

“Əsas Qanun ifadə azadlığı və dinc toplaşmaq hüququnu təmin edir. Lakin bu, digər dinlərə mənsub insanlara hücum etməyə əsas vermir. Zorakılığın və irqçiliyin təbliğinə yol vermək olmaz”, – deyə o xalqa etdiyi videomüraciətdə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO