Özünüzü 5 yaşına qədər uşaqlardan qoruyun – COVİD 19

Özünüzü 5 yaşına qədər uşaqlardan qoruyun – COVİD 19

Hazırda oxunan: Özünüzü 5 yaşına qədər uşaqlardan qoruyun – COVİD 19

2191

Koronavirus pandemiyası dönəmində uşaqlar virus qarışıq bir neçə təhlükə ilə üz-üzə qalırlar. Onların psixikasında və sağlamlıqlarında bəzi dəyişikliklər baş verə bilər. Ona görə də pandemiya müddətində uşaqları əsas üç təhlükədən qorumaq lazımdır. 

Ən başda digərlər təhlükələrə də səbəb olan COVİD-19-dur. 

5 yaşdan kiçik uşaqlar koronavirusa yoluxsalar da yüngül, yaxud da tamamilə simptomsuz keçirirlər. 

İnfeksionist Azər Nağıyev Bizim.Media-ya açıqlamasında belə deyib: “Kiçik uşaqlar daşıyıcı kimi daha təhlükəlidirlər. Özlərində təhlükə minimumdur. Daşıyıcı olaraq böyükləri yoluxdura bilərlər. Böyük yaşlı uşaqlar yoluxmaya həssas olduğu üçün onları böyüklər üçün nəzərdə tutulan qaydalarla qorumaq lazımdır”. 

Həkim uşaqların yoluxmaması üçün orqanizmini normal yuxu, bol maye qəbulu, düzgün qidalanmaqla, təmiz hava ilə təmasla möhkəmləndirməyi tövsiyə edir.

COVID-19 pandemiyası dövründə uşaqlar əsasən dostları ilə ünsiyyətdən uzaq, qapalı ev mühitində, daha çox internetdə vaxt keçirməkdən də zərər görürlər. 

Bu halların fəsadları barədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Bizim.Media-ya müsahibəsində bildirir ki, valideynlərin əksəriyyəti yazdakı karantin dönəmindən fərqli olaraq indi çalışır. Usaqlar ünsiyyətdən kənar qalırlar: “Uşaqların valideynlərdən, həmyaşıdlarından təcrid olunması aqressiya, nitqdə geriləmə və digər psixoloji problemlərə yol aça bilər. Axşam da olsa canlı unsiyyətə vaxt ayrılmalıdır. Uşaqların yuxusu, qidalanması, asudə vaxtının keçirilməsi rejimlə olmalıdır”. 

Valideynlər də vəziyyətdən asan çıxış yolu kimi, uşaqları internet üzərindən çalışmalar olmaqla bərabər bmüxtəlif oyunlara da aludə olmasına adi yanaşırlar. Bəs valideynlər uşaqlarını internetin zərərli təsirindən qorumaq üçün nə etməlidir?

Psixoloq qeyd edir ki, asudə vaxtı elektron cihazlarla keçirmək psixoloji asılılıq deyil: “Onlayn dərslər istisna olmaqla elektron  avadanlıqdan uşaqları uzaq tutmaq lazımdır. Onlara kompüter qarşısında saatlarla oturmağın səhhətinə mənfi təsir göstərəcəyini izah edin”. 

Psixoloq deyir ki, uşaqlar yaşına uyğun olmayan, təhlükəli saytlara girdikdə onlara hirslənmək, vurmaq olmaz: “Uşağa qəti şəkildə qadağa qoyulsa, əksinə edəcək: “Bu sənin  yaşına uyğunsuzdur, yaxşı deyil, buna baxsan mən üzülərəm” – kimi ifadələrlə onlara təsir etmək olar”. 

Həm də valideyn cihaza baxaraq uşağın hansı saytlara girdiyini müəyyənləşdirə bilər. Müəyyən saytlara girişə məhdudiyyətlər qoymaq mümkündür, internet paketi aldıdığı zaman da saytlara girişə icazəni özü idarə edə bilər. 

Təranə Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO