İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 

İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 

Hazırda oxunan: İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 

21893

Sabirabad rayonunda intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalovanın ekspertiza rəylərinin nəticələri hələki ailəsinə verilməyib. 

Bu barədə Bizim.Media-ya Səmayə Zeynalovanın əmisi Xanhüseyn Quliyev məlumat verib.

Onun sözlərinə görə qardaşı qızının ölümündən 20 günə yaxın vaxt keçsə də, cəsəddən götürülən nümunələrin nəticələri barədə onlara hər hansı məlumat verilməyib:

“Ekspertiza rəyi hələ də gecikdirilir. Anlamıram niyə...Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa məktub yazmışıq. Cavab gəlib ki, cinayət işini nəzarətə götürmüşük. Biz də məcburən gözləyirik. Nəhayət ki, ölümün səbəblərinin aydın olmasını istıyirik”.

Xatırladaq ki, hadisə 20 gün əvvəl Sabirabad rayonunun Cavad kəndində, qadının ər evində yaşanıb. 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilir. Gənc gəlinin özünü asdığı nar ağacının budağı həddindən artıq kövrək və elastikdir. Ailəsi 1 metr 72 sm boyu olan qızın ağacın əlavə qovşağından özünü asmasına inanmır. İddialara görə Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Gənc gəlin vaxtaşırı doğmalarına özünü öldürəcəyini bildirib. 

Qeyd edək ki, intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalova 3 il əvvəl ailə həyatı qurub. 1 yaş 6 aylıq oğlu var. 

Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO