“Heç kim həbs olunmayıb, qanun işləmir” - Dmanisi konfliktində SON VƏZİYYƏT

“Heç kim həbs olunmayıb, qanun işləmir” - Dmanisi konfliktində SON VƏZİYYƏT

Hazırda oxunan: “Heç kim həbs olunmayıb, qanun işləmir” - Dmanisi konfliktində SON VƏZİYYƏT

21865

Dmanisidəki münaqişə rəsmi Tbilisinin yanlış etnik siyasəti ilə bağlıdır. Gürcüstanın əksər analitikləri bu qərara gəliblər.

Bizim.Media “Kavkazskiy Uzel”ə istinadən xəbər verir ki, svanlarla azərbaycanlılar arasında baş verən mübahisə, kütləvi dava Gürcüstan hökumətinin apardığı etnik siyasətdəki boşluq, yaxud səhvlərlə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Dmanisi hadisələrində erməni təxribatı – Svanları kim təxribata çəkib?


Yoxsa bölgəyə sonradan köçürülən gürcü mənşəli etnik qruplar Dmanisinin köklü sakinlərinə qarşı qanunsuzluqlar, hücumlar etməzdilər. 

Gürcüstanın patriarxlarını təmsil edən Andriy Djaqmaidzenin fikrincə, Dmanisi arzuolunmaz etnik balans olan yerdir. Onun bu açıqlaması hüquq müdafiəçilərinin qınağı ilə üzləşib. Hətta Dmanisinin meri Qeorqiy Tatuaşvili konflikti millətlıərarası adlandırıb. Bu səbəbdən də ölkənin ombudsmanı Nino Lomjariya Gürcüstan hakimiyyətini tənqid edib. Çünki gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlər görülməyib. 

Strateji və beynəlxalq araşdırmalar fondunun nümayəndəsi Şota Utiaşvili bildirib ki, konflikt məişət zəminində yox, kriminal əsaslarla baş verib.

Onun fikrincə, Dmanisidə bəzi insanlar (svanlar) toxunulmazlıq və məsuliyyətə cəlb olunmayacaqlarından arxayındırlar:

“Hər iki hadisədə hökumətin günahı var. Hakimiyyət həm də onda günahkardır ki, münaqişənin qarşısını ala bilmədi. Heç kim həbs olunmayıb, qanun işləmir. Bilmirəm ki, Gürcüstan bu vəziyyətə necə gəlib çıxdı”

Digər gürcü analitik Aleksandr Kvaxadze Dmanisinin tarixi sakinləri olan azərbaycanlılarla bölgəyə 30 il əvvəl köçürülən svanlar arasında fərqli mədəniyyət və adət-ənənələri əsas gətirib. Çünki bu millətlər paralel yaşasalar da, bir-biri haqqında məlumatsızdırlar. Kvaxadzenin sözlərinə görə, svanlar Dmanisidə istirahətə gələn turistlərlə də problem yaradırlar. Bunu yerli hakimiyyətdəki bəzi klanlarla da bağlamaq olar. 

Hüquqşünas Qeorqiy Mşvenieradze bu tip problemlərin qarşısını almaq üçün kütləvi hücumda günahı olan bütün cinayətkarların saxlanılmasını vacib sayıb.

“Gürcüstan naminə” hərəkatının üzvü Qeorqiy Mumladze Dmanisi hadisələrini belə təsvir edib:

“Dmanisidə baş verənlər bir daha sübut etdi ki, Gürcüstan sakinləri kriminal qurbanları ola bilər. Dmanisiyə gətirilən hüquq-mühafizə əməkdaşları ərazidə heç nə etmirdilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO