“Qərb Avrasiya qitəsinin digər hissələrində dağıdıcı fəaliyyətini dayandırmır".
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyinə dair beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Qərb israrla Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında öz xidmətlərini "təklif edir”.
Rusiyalı nazir qeyd edib ki, 20 illik işğaldan sonra Əfqanıstanı tərk edən ABŞ və onun müttəfiqləri bu ölkədə vəziyyətin sabitləşdirilməsinin kövrək prosesinə müdaxilə edir:
"Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğu üçün də bəhanələr uydurur".
Lavrov vurğulayıb ki, ABŞ, NATO və Aİ-nin aqressiv hərəkətləri nəticəsində qitənin parçalanması riskləri artıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:17 / 31.10.2024
Lavrov: “Qərb israrla Azərbaycan-Ermənistan dialoqunda öz “xidmətini" təklif edir”
Hazırda oxunan: Lavrov: “Qərb israrla Azərbaycan-Ermənistan dialoqunda öz “xidmətini" təklif edir”
Hazırda oxunan: Lavrov: “Qərb israrla Azərbaycan-Ermənistan dialoqunda öz “xidmətini" təklif edir”
218644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.