Satıcılar çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər" - VİDEO

Satıcılar çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər" - VİDEO

Hazırda oxunan: Satıcılar çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər" - VİDEO

218385

Ötən gün Xaçmazda 39 və 47 yaşlı iki xanım göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Onlardan biri Kliniki Tibbi Mərkəzə gətirilərkən yolda dünyasını dəyişib. Digəri isə kəskin ağır və şok vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media xəbər verir ki, nəticədə, göbələk hər iki şəxsin ölümünə səbəb olub.

İki şəxsin həyatına son qoyan göbələyin zəhərli olub-olmadığını necə müəyyən etmək olar? İstər market, istərsə də bazarlarda alıcılara təklif edilən göbələklər təhlükə mənbəyi hesab olunurmu?

Satıcılar deyirlər ki, göbələyin üstü qaralıbsa, zəhərlənmə baş verə bilər.

"Göbələk qutularının hər birinin üzərində yığılma tarixi olur. Açıq şəkildə satılanların isə üzərinin təmizliyindən zəhərli olub-olmadığını ayırd etmək olar. Arxasına baxırsan, qaralmayıbsa, deməli, yaxşıdır", - deyə satıcılardan biri bildirib.

Qida mütəxəssislərinin sözlərinə görə, zəhərli göbələklər çox olsa da, ölkədə yetişən növlərindən ən təhlükəlisi Amanit göbələyidir. Bu göbələyin bir hissəsinin yeyilməsi belə faciəyə səbəb ola bilər. Amanitlərin toksinləri əsasən qaraciyər və qan hüceyrələrini məhv edir.

Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, tünd, qırmızıya çalan rəngdə olan göbələklər adətən zəhərli olur:

"Meşədə bitən göbələklər risk qrupunda olduğuna görə onlar istifadə edilməməlidir. Zəhərli göbələklərin daha kəskin, xoşagəlməz qoxusu var, bu da onun yeyilə bilməyən olduğunu göstərir".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO