Yaponiya Rusiya aktivlərindən Ukraynaya 3 milyard dollar AYIRACAQ

Yaponiya Rusiya aktivlərindən Ukraynaya 3 milyard dollar AYIRACAQ

Hazırda oxunan: Yaponiya Rusiya aktivlərindən Ukraynaya 3 milyard dollar AYIRACAQ

218183

Yaponiya Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 3 milyard dollar yardım göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Yaponiya hökuməti Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Yeddilik Qrupu (G7) ölkələri tərəfindən razılaşdırılan Kiyev üçün 50 milyard dollarlıq kreditin bir hissəsi kimi Ukraynaya 471,9 milyard yen (təxminən 3 milyard dollar) ayıracaq.

Qeyd edək ki, daha əvvəl G7 liderləri Ukraynaya 50 milyard dollar kreditin verilməsinin təfərrüatları ilə bağlı razılığa gəldiklərini açıqlamışlar. Eyni zamanda, ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı, qalan 30 dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacağını öhdəsinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO