Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilir ki, hazırkı məlumatlara əsasən, “Gürcü Arzusu” yeni parlamentdə 89, “Dəyişiklik üçün Koalisiya” 18, “Birlik Milli Hərəkatı” 17, “Güclü Gürcüstan” 14, Qaxariyanın partiyası isə 12 deputatla təmsil olunacaq.
Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.
Qeyd edilib ki, 3111 məntəqədən 3100-də səslər hesablanıb.
Bizim.Media