"AZAL"ın adından fırıldaqçılıq edilir

Hazırda oxunan: "AZAL"ın adından fırıldaqçılıq edilir

21797

Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, AZAL-dan  verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.

Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.

“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO