Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum edən ikinci terrorçunun da adı açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə terrorçulardan birinin adı AÇIQLANDI - FOTO/VIDEO
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Mənbə qeyd edir ki, bu, Mine Sevjin Alçiçekdir.
Xatırladaq ki, bundan öncə 1-ci terrorçunun da adı ictimaiyyətə açıqlanmışdı. O, şəxs “Rojger” kodu ilə tanınan Ali Örekindir.
Hücum zamanı öldürülən hər iki terrorçu PKK üzvü olub.
Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Məlum olub ki, terrorçu Alçiçek 2015-ci ildə HDP-nin idarə heyətinə təyin edilib. Terrorçunun partiyanın Hakkari Mərkəz İlçe sədri olduğu müəyyən edilib.
Bizim.Media